24 Noyabr 2021 11:34
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Fələstin dövlət başçısı Mahmud Abbas Soçi şəhərində görüşüb.

Teleqraf.com xəbər verir ki, Putin Abbasla görüşündə verdiyi açıqlamada Fələstin xalqının durumundan xəbərdar olduğunu bildirib.

Xarici ölkələrin təzyiqləri və bölgədəki gərgin vəziyyətin, eləcə də koronavirus pandemiyasının da bu şərtlərə təsir etdiyini bildirən Putin Rusiyanın COVID-19-la mübarizədə Fələstinə kömək etdiyini söyləyib.

O, Rusiyanın Fələstin probleminin həlli ilə bağlı yanaşmasında heç bir dəyişiklik olmadığını deyib:

“Fələstin problemi BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq bu ölkədə yaşayan bütün insanların maraqlarını nəzərə alınmaqla iki müstəqil dövlət prinsipi əsasında ədalətli həll edilməlidir. Nə qədər çətin olsa da, bu məqsədə doğru çalışacağıq”.

Mahmud Abbas dəvəti üçün Putinə təşəkkür edib: “Fələstinlilərə münasibətinizi həmişə yüksək qiymətləndiririk”.


Müəllif: Mənsur Rəğbətoğlu