26 Noyabr 2021 14:29
16 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejimi ilə PKK terror təşkilatının Suriya qanadı YPG arasında vasitəçilik edən Rusiyadan Türkiyəyə qarşı yeni addım gəlib.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada PKK/YPG liderlərindən biri İlham Amedin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyəli protokolla qəbul edib.

Nümayəndə heyətində terror təşkilatının nəzarətində olan “Demokratik Suriya Şurası”nın üzvləri Sənharib Barsum, Sihanok Dibo və Hikmət Həbib də yer alıb. Görüşdə Əsəd rejimi ilə PKK/YPG arasında aparılan danışıqlar və digər məsələlər müzakirə edilib.

Rəsmi Ankara PKK/YPG heyətinin Moskvada qarşılanmasına sərt reaksiya verib. Xarici İşlər Nazirliyindən verilən açıqlamada PKK/YPG terror təşkilatının rəhbərliyi altında olan “Suriya Demokratik Şurası” adlanan ünsürlərdən ibarət qruplaşmanın Rusiyaya dəvət edildiyi və Moskvada yüksək səviyyədə qəbul olunduğu bildirilib. Açıqlamada bunun narahatlıq yaratdığı deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər