Rusiya Ermənistanla münasibətlərin strateji və müttəfiq xarakterini yüksək qiymətləndirir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşdə bildirib.
Putin ölkələr arasında ticarət dövriyyəsinin pandemiyadan əvvəlki səviyyəyə çatacağına ümid etdiyini söyləyib.
***
21:15
“Hazırda Soçidə Prezident Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlayıb”.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.