27 Noyabr 2021 11:26
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir qruplaşmanın ölkədə sabitliyi pozmaq üçün təxribat təşkil etməyi planlaşdırdığına və seçkilərdən dərhal sonra hakimiyyəti ələ keçirməyə cəhd edəcəyinə dair məlumat və sübutlar əldə olunub”.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilib.

Bəyanatda seçkilərdən sonra nümayişlər təşkil etməyi qarşısına məqsəd qoyan qrupun aqressiv meyilli gəncləri hakimiyyəti ələ keçirməyə yönəltmək məqsədilə sistemli şəkildə görüşlər keçirdiyinin müəyyən olunduğu bildirilib.

Əlavə olunur ki, qrupun 15-dən çox fəal üzvü, o cümlədən keçmiş deputatlar və dövlət qulluqçuları həbs edilib və məhkəmə qarşısına çıxarılıb.

Açıqlamada qeyd edilib ki, sözügedən qrup üzvlərinin kirayə götürdükləri ev və ofislərdə aparılan axtarışlar zamanı silah, sursat və narkotik maddələr də ələ keçirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər