30 Noyabr 2021 00:12
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanzaniyanın Zanzibar bölgəsində dramatik hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, bölgədə dəniz tısbağası əti yeyən 22 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xəstəxanaya yerləşdirilənlərdən ikisi uşaqdır və onların vəziyyəti ağırdır. Həkimlər tısbağa ətinin zəhərli ola biləcəyindən şübhələnirlər.

Üç uşaq tısbağa əti yedikdən sonra ölüb.

Tısbağanın ətindən nümunələr araşdırılmaq üçün aidiyyəti qurumlara göndərilib. Bundan əvvəl də dəniz tısbağası ətinin istehlakı səbəbindən Pemba adasında oxşar ölümlər baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər