1 Dekabr 2021 17:32
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın regional və beynəlxalq məsələlərə əhəmiyyətli təsir göstərdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, jurnalistlərə açıqlama verən Peskov Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının planlaşdırıldığını bildirib.

Görüş zamanı Ukrayna məsələsinin də gündəmə gətirilə biləcəyini qeyd edən Peskov vurğulayıb:

“Türkiyə prezidenti Ərdoğan bu məsələni açsa, o zaman məsləhətləşmələr aparıla bilər”.

Peskovun Ərdoğanın Türkiyənin bölgədə sülhün bərqərar olması üçün Rusiya və Ukrayna arasında vasitəçi ola biləcəyi ilə bağlı açıqlamasına münasibəti belə olub:

“Ərdoğanın bir çox cəhətdən regional və beynəlxalq məsələlərə mühüm təsiri var. Əgər cənab Ərdoğan bu təsirindən Minsk razılaşmalarını, Parisdə əldə olunan anlaşmaları həyata keçirmək üçün Kiyevə qarşı istifadə edə bilsə, Rusiya bunu alqışlayardı”.

Rusiyanın Ukrayna məsələsində tərəflərdən biri olmadığını iddia edən Kremlin sözçüsü Ukraynadakı münaqişələrin vətəndaş müharibəsi olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər