3 Dekabr 2021 10:16
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Intercept” portalı ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) casusluq təklifini rədd etməsindən sonra pakistanlı Əsvəd Xanın başına gələnləri yazıb.

Teleqraf.com xəbər verir ki, Bostondakı Northeastern Universitetində biznes üzrə mütəxəssis olan Əsvəd Xan təhsilini başa vurduqdan sonra turist vizası ilə ABŞ-a gələrkən iki FTB agentinin qaldığı evə gələrək ona casusluq təklifi etdiyini deyib.

Agentlərin məscidlərlə bağlı casusluq təklifini rədd etdiyini bildirən Xan ondan bu barədə heç kimə danışmaması istəndiyini, ancaq hadisəni yaxınlarına danışdığını və onun üçün vəkil tutduqlarını söyləyib.

Bir neçə həftə sonra federal prokuror tərəfindən terror təşkilatları ilə əlaqəsi ilə bağlı sorğu-sual edildiyini bildirən Xan səfərinin sonunda ölkəsinə qayıtdıqdan sonra ABŞ-a getməyə çalışan yaxınları və dostlarının sorğu-sual edildiyini iddia edib. Xan yaxınlarının onunla münasibətlərinin olduğuna görə ABŞ-a buraxılmadıqlarını deyib.

Dostlarının ABŞ rəhbərliyi ilə problemi olduğu düşünüldüyü üçün onunla əlaqə saxlamağı dayandırdığını, sosial şəbəkədə onu blokladıqlarını, hətta ən yaxın dostunun belə onunla əlaqəsini kəsdiyini vurğulayan Xan FTB-nin təklifini geri çevirdikdən sonra həyatının alt-üst olduğunu söyləyib.

“The Intercept”ə açıqlama verən Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) yetkilisi Hina Şəmsi bildirib ki, casus olmaqdan imtina edənlərə ölkəyə giriş qadağasının qoyulması və onlardan qisas almaq FTB üçün adi bir təcrübədir:

“Həmin şəxs ABŞ vətəndaşı olmadığı üçün daha böyük problemlərlə üzləşir. Bu insanların özlərini müdafiə edə biləcəyi konstitusion hüquqları belə yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər