3 Dekabr 2021 10:28
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtında bir qadınla münasibətdə olduğunu etiraf edən Paris yepiskopu Mişel Aupetitin istefası təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, Fransa Yepiskoplar Konfransının (CEF) verdiyi açıqlamada Papa Fransiskin Aupetitin istefasını qəbul etdiyi bildirilib.

Aupetit istefasının qəbul edilməsindən sonra verdiyi açıqlamada deyib: “Hadisəyə görə məruz qaldığım hücumlar, təbii ki, məni sarsıtdı. Zərər verdiyim insanlardan üzr istəyirəm”.

Noyabrın 22-də Fransa mətbuatında yayılan məlumatda Aupetitin 2012-ci ildə bir qadınla cinsi əlaqədə olduğu bildirilib. O, bundan sonra istefa məktubunu papaya təqdim edib.

Yepiskop noyabrın 26-da verdiyi açıqlamada bir qadınla “qəribə münasibət”də olduğunu desə də, bu qadınla cinsi əlaqədə olması ilə bağlı iddiaları rədd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər