4 Dekabr 2021 21:32
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Instagram" sosial şəbəkəsinin işində problemlər, "Telegram" messencerində nasazlıqlar müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, fasilələr əsasən Rusiya, Belarus və Ukraynada qeydə alınıb.

Nasazlıqlar barədə məlumat verən istifadəçilərin 54 faizi mobil tətbiqin işindən, 25 faizi sosial şəbəkənin saytından şikayət edir, daha 21 faizi isə serverlərə qoşulmaqda çətinliklərin olduğunu qeyd edir.

Rusiya, Belarus və Ukraynadan olan istifadəçilər "Telegram" messencerində də nasazlıqlar olduğunu bildiriblər.

İstifadəçilərin 45%-i proqramdakı, 34%-i serverə qoşulma, digər 21%-i mesajların qəbulu ilə bağlı problemlərdən şikayətləniblər.


Müəllif: Teleqraf.com