5 Dekabr 2021 11:54
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda son sutka ərzində daha 3 410 nəfərdə koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, virusa yoluxmuş 4 732 nəfər müalicə olunaraq sağalıb, eyni zamanda 46 pasiyent vəfat edib.

Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyasına 865 293 nəfər yoluxub. Onların 806 596-sı sağalıb, 12 344-ü isə dünyasını dəyişib.


Müəllif: Teleqraf.com