7 Dekabr 2021 09:41
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd edən Ukrayna bununla əlaqədar təşkil edilən mərasimdə ABŞ-dan alınmış zirehli texnika və patrul katerlərini nümayiş edib.

Teleqraf.com xəbər verir ki, mərasimdə çıxış edən Prezident Vladimir Zelenski ölkəsinin Rusiyanın istənilən hücumuna müqavimət göstərməyə hazır olduğunu deyib.

“Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ən mühüm missiyasını, yəni dövlətin azadlığını və suverenliyini rus təcavüzkarlarına qarşı müdafiə etməkdə davam edir”, - Zelenski bildirib.

Zelenski Rusiyanın istənilən hücumuna cavab vermək gücündə olduqlarını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər