8 Dekabr 2021 10:31
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtı Moskvanın cənubundakı Ryazanksi kənd bələdiyyə və ictimai xidmətlər mərkəzinə gələn 45 yaşlı sabiq hərbçi Sergey Qlazovla mühafizə arasında qoruyucu maska taxmadığına görə mübahisə yaranıb. Hadisə əsl qətliama çevrilib.

Teleqraf.com xəbər verir ki, keçmiş zabit silahını çıxararaq bir məmur və iki təhlükəsizlik xidməti əməkdaşını öldürüb.

Hadisə yerində olan 10 yaşlı qız daxil olmaqla 3 nəfər yaralanıb.

Qısa müddətə təsirsiz hala gətirilən Qlazov həbs edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər