8 Dekabr 2021 15:03
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə İrəvanın “Erebuni” hava limanına enib.

Teleqraf.com xəbər verir ki, Ermənistanın 168.am saytının məlumatına istinadən görə təyyarədə Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası komissiyasının üzvlərinin olduğunu bildirilir.

Məlumatda iddia edilir ki, komissiyanın işinə Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının keçmiş komandanı Rüstəm Muradov rəhbərlik edəcək.

“Əldə etdiyimiz məlumata görə, Ermənistan Müdafiə Nazirliyində görüş planlaşdırılır”, - 168.am qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər