Ukrayna Xarici işlər naziri Dmitri Kuleba Rusiyanın ölkəsinə müdaxiləsi durumunda çox sayda rus hərbçinin öləcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Sky News”a müsahibəsində danışıb.
Kuleba Rusiyanın qarşısını almaq üçün ABŞ və İngiltərə kimi müttəfiqlərlə çalışdıqlarını bildirib.
Ukrayna ordusunun ölkəni müdafiə etməyə hazır olduğunu vurğulayan nazir qeyd edib:
“Müttəfiqlərimiz iqtisadi cəhətdən hücuma keçə bilərlər. Biz də quruda döyüşəcəyik. Üzr istəyirəm, amma ölən rus hərbçiləri çox olacaq və ümid edirik ki, Prezident Putin bunun baş verməsini istəmir”.
Rusiyanı çəkindirmək üçün siyasi mesajlar, sanksiyalar və tərəfdaşlarla daha sıx hərbi əməkdaşlıq daxil olmaqla üç istiqamətdə işlədiklərini deyən nazir bu cəhdələri uğursuz olarsa, NATO qüvvələrinin Ukraynanın tərəfində döyüşəcəyini gözləmədiyini vurğulayıb, amma onların dəstəyinə ümid etdiklərini diqqətə çatdırıb.