11 Dekabr 2021 15:35
3 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Yunanıstana 6,9 milyard dollar dəyərində 4 ədəd həbi gəmi satışını və 2,5 milyard dollarlıq modernizasiyası işlərinə yaşıl işıq yandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb.

Dövlət Departamenti bildirib ki, Yunanıstana potensial hərbi gəmilərin satışına icazə verilməsi və mövcud gəmilərin modernləşdirilməsi ilə bağlı bildiriş Amerika Konqresinə təqdim edilib. Təsdiqdə Yunanıstana 6,9 milyard dollar dəyərində 4 ədəd “Meko” sinifli döyüş gəmisinin satışı və 2,5 milyard dollarlıq modernizasiya daxildir.

“Bu satış Avropada siyasi sabitlik və iqtisadi proses üçün mühüm tərəfdaş olan NATO müttəfiqinin təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə dəstək verir”,- Departament iddia edib.

Sözügedən satışların həyata keçirilməsi üçün konqresin müvafiq komitələri 30 gün ərzində bu təsdiqlərə etiraz etməməlidir.

Qeyd edək ki, Yunanıstanın son 100 ildə əsas düşməni Türkiyədir və bu heç kim üçün sirr deyil.


Müəllif: Nemət

Oxşar xəbərlər