Polşanın Baş naziri Mateuş Moravetski Moskvanın Avropa ölkələri ilə gələcək münasibətlərinə dair Rusiyaya ultimatum verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Baş nazir müsahibəsində deyib ki, Rusiya Avropanın yanında və ya qarşısında olmaqla bağlı qərar verməlidir:
"Rusiya Avropanı parçalamaq istəyir. Güzəştlərin vaxtı bitdi. Biz sərt siyasətə sərt sanksiyalar şəklində sərt cavab verməliyik. Qərb Rusiyanın Mərkəzi və Şərqi Avropa üzərində hökmranlığının simvolu və alətinə çevrilməli olan “Şimal axını 2” qaz kəmərinin işə salınmasına razılıq verməklə zəiflik nümayiş etdirməməlidir".