11 Dekabr 2021 21:57
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da iki gündür davam edən tornado bəzi ştatlarda insan itkisi və dağıntılara səbəb olub.

Teleqraf.com xəbər verir ki, Kentuki, Arkanzas, İllinoys, Missuri və Tennessi ştatlarında güclü qasırğa olub.

Təkcə Kentukki ştatında qasırğa nəticəsində 70-dən çox adam ölüb.

Həmçinin onlarla insan evlərinin uçması nəticəsində küçədə qalıb.

İllinoys ştatının Edvardsvill şəhərində isə “Amazon” onlayn pərakəndə satış şirkətinə məxsus anbar çöküb. Hadisə nəticəsində iki nəfər həlak olub. Onlarla insan dağıntılar altında qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər