İngiltərənin Afinadakı səfiri Metyu Lodc Yunanıstan rəsmilərinin Türkiyənin Şərqi Aralıq dənizi və Egeydə qeyri-sabitliyə səbəb olduğu barədə iddialarına qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, səfir Yunanıstanın “To Vima” qəzetinə verdiyi müsahibəsində Afinanın Türkiyənin Şərqi Aralıq dənizində təcavüzkar siyasət yürütməsi, qeyri-sabitlik elementi olması və regionda təhlükəsizliyi təhlükə altına qoyması ilə bağlı iddialarının əsassız olduğunu deyib.
“Türkiyənin uzunmüddətli perspektivdə Şərqi Aralıq dənizində qeyri-sabitlikdə maraqlı olduğunu deyənlərə həqiqətən inanırıqmı? Yunanıstanın etimadsızlığını başa düşürəm. Bununla belə, mən Ankaranın Şərqi Aralıq dənizində sülhün və rifahın olmamasında uzunmüddətli marağının olduğu fikrini bölüşmürəm”, - Lodc bildirib.