İsrailin Colan Təpələrindən Suriyanın paytaxt Dəməşq raketlərlə hədəfə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun gecə saatlarında Colan Təpələri ölkənin cənubundakı bir sıra məntəqələri hədəfə aldığını bildirib.
Qeyd edilib ki, Suriya hava hücumundan müdafiə sistemləri hücumlara cavab verib.
Hücumlarda ən azı bir Suriya ordusunun hərbçisinin həlak olduğu bildirilib.
Hadisə ilə bağlı İsrailin müdafiə və ya xarici işlər nazirliklərindən hələlik heç bir açıqlama verilməyib.