16 Dekabr 2021 20:38
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO genişlənməyə davam edir və dayanmağı planlaşdırmır, hətta Rusiyanın etirazlarına baxmayaraq, Brüssel də Kiyevin alyansa daxil olma ehtimalını inkar etmir”.

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq xatırladıb ki, Moskvanın etirazlarına baxmayaraq, alyans artıq Monteneqro və Şimali Makedoniyanı üzvlüyünə qəbul edib. O, bildirib ki, NATO Rusiya hakimiyyətinə qarşı güzəştə getməyəcək və Kiyevə Moskvadan gələn təhlükənin öhdəsindən gəlməkdə köməklik göstəriləcək.

“Ukraynanın NATO-ya daxil olmasına gəlincə, bu məsələni yalnız 30 alyans ölkəsi və Ukraynanın özü həll edə bilər”, - baş katib qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər