18 Noyabr 2014 01:05
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ayova ştatında, De-Moyn şəhərində naməlum şəxsin ətrafa nizamsız atəş açması nəticəsində 2 nəfər yaralanıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, davamlı atışmadan sonra atəşi açan şəxs saxlanılıb.

Hadisə nəticəsində xəsarət alanların vəziyyətinin sabit olduğu bildirilir. İnsident ilə əlaqədar bir neçə məktəb rəhbərliyi şagirdlərə evdə qalmağa tövsiyə edib. Hadisənin tam təfərrüatları hələlik açıqlanmır.


Müəllif:

Oxşar xəbərlər