Amerikanın AGM-183A hipersəsli raketinin “Air-Launched Rapid Response Weapon” (“Havadan buraxılan sürətli cavab silahı”) proqramı çərçivəsində növbəti sınağı uğursuz alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The War Zone” portalı məlumat yayıb.
“Start əməliyyatının ardıcıllığı raket ayrılmadan əvvəl naməlum problem səbəbindən kəsildi”, - ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib.
Onun sözlərinə görə, raket telemetriya və bort məlumatlarının təhlili üçün istehsalçıya qaytarılacaq.
Bu, sözügedən raketin artıq üçüncü uğursuz sınağıdır.