19 Dekabr 2021 08:51
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer və AstraZeneca koronavirus peyvəndlərinin "omiсron" ştammına qarşı effektivliyinin aşağı olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilat britaniyalı alimlərin apardığı araşdırmaya istinadla məlumat yayıb.

"İngiltərədə aparılan tədqiqatların nəticələri Pfizer-BioNTech Comirnaty və ya AstraZeneca Vaxzevria-nın iki dozasından sonra "Delta" ilə müqayisədə "Omicron" ştammına qarşı peyvəndlərin effektivliyinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir", - təşkilatın bəyanatında bildirilir.

Eyni zamanda vurğulanır ki, Pfizer peyvəndinin gücləndirici dozasının qəbulundan sonra "omicrona" daha effektiv müqavimət müşahidə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər