22 Dekabr 2021 11:38
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin iştirak edib.

Rusiya baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün İrəvanda səfərdədir.

Nikol Paşinyan və Aleksey Overçuk Ermənistan-Rusiya əməkdaşlığı və gündəmində olan məsələləri müzakirə ediblər.

Tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupunun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər