26 Dekabr 2021 16:08
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin NATO-nun Şərqə doğru genişlənməsi üçün cavab tədbirləri barədə danışıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

Putin qeyd edib ki, NATO-nun genişlənməsinə qarşı cavab tədbirləri çox fərqli ola bilər, bu, rusiyalı hərbi ekspertlərin hansı təkliflərlə çıxış etməsindən asılıdır.

O, həmçinin əlavə edib ki, Kreml diplomatik danışıqlarda nəticə əldə etməyə yönəlmiş strateji təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-ya artıq təkliflərini verib.

Putin vurğulayıb ki, bu təkliflər nəyisə dayandırmaq üçün irəli sürülməyib.

Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl NATO və ABŞ ilə təhlükəsizlik təminatlarına dair saziş layihələrini təqdim edib. Rusiya tələb edib ki, alyans NATO üzvü olmayan keçmiş sovet respublikalarının ərazilərində hərbi bazalar qurmamalıdır.

Rusiya XİN NATO-nun Şərqə doğru genişlənməsini hazırda ən ciddi problemlərdən biri olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər