“İsrail İranın nüvə proqramının qarşısını almaq üçün tək başına hərəkət etməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid bəyan edib.
İsrailin Xarici işlər naziri Yair Lapid İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsində deyib ki, İsrail İranın nüvə proqramının canlanmasının qarşısını almaq üçün təkbaşına hərəkət etməyə hazırdır.
İsrailin əsas təhlükəsizlik məsələsinin İranın nüvə proqramı olduğunu və əsas xarici siyasətinin bunun qarşısını almaq olduğunu bildirən Lapid deyib ki, son aylarda biz bu danışıqlarda iştirak edən bütün ölkələrlə və hər şeydən əvvəl ABŞ ilə sıx dialoq apardıq:
“Biz Moskvada, Parisdə, Londonda və Vaşinqtonda hamıya açıq şəkildə bildirdik ki, İsrail İranın nüvə dövlətinə çevrilməsinə imkan verməyəcək. Təbii ki, biz beynəlxalq əməkdaşlıqda fəaliyyət göstərməyə üstünlük veririk, lakin lazım gələrsə, təhlükəsizliyimiz üçün təkbaşına hərəkət edəcəyik”.