İngiltərənin təhlükəsizlik və sərhədlər üzrə dövlət naziri Damian Hinds düşmən ölkələrin siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Britaniya üçün təhlükə yarada biləcək 4 ölkənin adını açıqlayan Hinds sözügedən ölkələr arasında Rusiyanın da adını çəkib.
Nazir Çin, İran, Şimali Koreya və Rusiyanı “İngiltərənin düşməni” adlandırıb. O, kiber təhdidlərdən tutmuş kəşfiyyat fəaliyyətlərinə qədər bir çox olayda Çin, İran və Rusiyanın əlinin olduğunu bildirib.
Hindsin fikrincə, siyahıdakı dövlətlər İngiltərə üçün təhlükə yaradır. O, bu ölkələrin çox təhlükəli olduğunu söyləyib.
Nazir bildirib ki, dekabrın əvvəlində Rusiya Xarici Kəşfiyyat İdarəsinin Böyük Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mura qarşı təhdidləri səbəbindən mümkün dialoq fürsəti itirilib.
Mur bundan əvvəl bildirib ki, London Rusiyadan gələn ciddi təhdidlərlə üzləşib və bunların qarşısını almaq və dəf etmək üçün hər cür səy göstəriləcək.