Avstriya hakimiyyəti Ukraynadakı vəziyyət kontekstində Rusiyaya təzyiq göstərmək üçün “Şimal axını – 2” qaz kəmərindən istifadənin əleyhinədir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski bildirib.
“Bizim üçün vacibdir ki, Avstriyaya məxsus OMV şirkətinin Avropa şirkəti olaraq fəal iştirak etdiyi bu layihəyə rəsmi Vyana Ukrayna böhranında Moskvaya təzyiq vasitəsi qismində istifadə edilməməsi kimi baxır”, - deyə səfir bildirib.
O qeyd edib ki, səfirlik bu xəttə sadiqliyi Avstriya kansleri Karl Nehammer və ölkənin xarici işlər naziri Aleksandr Şallenberqin bəyanatlarında qeydə alıb.
Onun sözlərinə görə, Avstriya hökuməti kənardan ehtimal olunan təzyiqlərə baxmayaraq qaz kəmərinin reallaşdırılmasına ardıcıl dəstək verib.