Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Baydenin danışıqlarını şərh edərkən Qərbin Ukraynaya görə Rusiya ilə müharibə etməyə hazır olmadığını deyib.
Teleqraf.com-un məlumatına görə, Konstantin Zatulin bəzi Qərb liderlərinin açıq bəyanatlarına baxmayaraq, yaranan gərginliyin onları düşündürdüyünü qeyd edib:
“Qərb bu gün Ukrayna uğrunda Rusiya ilə döyüşməyə hazır deyil - bu, tamamilə göz qabağındadır. Bu gərginliyin yaranması Qərbdə bəzi insanları publik şəkildə nəsə deməzdən öncə düşünməyə vadar etdi”.
Dünən Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında son bir ayda ikinci danışıqlar baş tutub. Danışıqlar zamanı Moskvanın təklif etdiyi təhlükəsizlik təminatları müzakirə edilib.