1 Yanvar 2022 14:35
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İranın kosmosa peykdaşıyıcı raket buraxmasına etiraz edib.

Teleqraf.com xəbər verir ki, bəyanatda İranın bu addımının BMT Təhlüksizlik Şurasının 2231 saylı qətnaməsini pozduğu bildirilib.

Açıqlamada qeyd edilib ki, Avstriyanın paytaxtı Vyanada Tehranın nüvə proqramı ilə əlaqədar danışıqların getdiyi vaxtda İranın kosmosa peyk daşıyıcı raket buraxması təəssüf yaradır.

“İranın ballistik raket proqramları dünya birliyi, Fransa və İran qonşularının ciddi narahatlığına səbəb olan əsas amillərdəndir. Hesab edirik ki, İran nüvə başlıqları daşımaq gücündə olan ballistik raketlərdən imtina etməli, BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnamələri pozmamalıdır”, - bəyanatda qeyd edilib.

İran Müdafiə Nazirliyi bundan əvvəl “Simurq” peykdaşıyıcı raketin kosmosa buraxıldığını açıqlayıb.

Amma raket lazım olan sürətə çata bilmədiyi üçün missiyanı tam yerinə yetirə bilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər