Türkiyədə son sutkada 129 nəfər koronavirusun qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
362 min 836 nəfərdən test götürülüb, onlardan 33 min 520-sinin nəticəsi müsbət çıxıb.
Səhiyyə naziri Fəxrəddin Qoca 60 yaşından yuxarı şəxslərin risk altında olduğunu açıqlayıb. Nazir bu şəxslərə xəbərdarlıq edərək xüsusilə xroniki xəstəliyi olan vətəndaşları diqqətli olmağa çağırıb.