3 Yanvar 2022 17:39
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadalı professor ABŞ-ın 2030-cu ilə qədər sağçı bir diktatorluq halına gələ biləcəyinə dair xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Royal Roads Universitetinin qurucu direktoru, professor Tomas Homer-Dikson xüsusi məqalə ilə çıxış edib.

Siyasi elmlər professoru məqaləsində qeyd edib ki, biz bu ehtimalı absurd və ya qorxulu olduğu səbəbindən görməzdən gələ bilmərik.

“2014-cü ildə Donald Trampın prezident olacağını iddia etmək hər kəsə absurd gəlirdi. Amma artıq absurdun sıxlıqla gerçək olduğu bir dünyada yaşayırıq”, - Professor qeyd edib.

Professora görə, ABŞ demokratiyası 2025-ci ilə qədər çökə bilər: “Bu, insanlar arasında ciddi siyasi, qeyri-sabitliyə və zorakılığa səbəb ola bilər. Bu, daha tez ola, 2030-cu ilə qədər ölkə sağçı diktaturaya çevrilə bilər”.

Trampın 2024-cü ildə yenidən seçiləcəyi təqdirdə məqsədinin “intiqam” olacağını iddia edən professor Kanadanın cənubunda baş verəcək potensial böhrana Kanadanın da hazır olması lazım olduğunu bildirib.

Homer-Dikson iddia edib ki, aralıq seçkilərdə respublikaçılar qanunverici orqanlarda çoxluq əldə edərlərsə, Demokrat namizədin 2024-cü il prezident seçkilərində qələbəni qəbul etməyəcəyi ehtimalı var.


Müəllif: Nemət

Oxşar xəbərlər