3 Yanvar 2022 23:27
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e subh” qəzeti yazıb.

Qəzet iddia edib ki, münaqişə türkmən sərhədçilərin təqsiri üzündən baş verib.

“Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. “Taliban” silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, - Cuzdan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Balxi bildirib.

Qeyd edilir ki, atışma bu gün - yanvarın 3-də Hamab əyalətində baş verib. Silahlı qarşıdurmada ölənlərin olub-olmadığı hələ məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər