4 Yanvar 2022 12:06
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın 2020-ci ilin 8 yanvarında səhvən vurduğu Ukrayna Hava Yollarına məxsus “Boeing 737” təyyarəsində ölən 63 kanadlı vətəndaşdan 6-sı Tehranı məhkəməyə verib və son qərar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Ontario Məhkəməsi 6 qurbanın varislərinə 100 milyon dollarlıq təzminat ödənilməsini hökm edib.

Hakim Belobaba öz qərarında ailə üzvlərinə rəhbərlik, qayğı və dostluq itkisinə görə 1 milyon dollar, mənəvi zərər və iztirablara görə isə 6 milyon dollar verilməsini istəyib.

Məhkəmə iddiasını qaldıran Şahin Moghaddam, Mehrzad Zarei, Ali Gorji və İrandan qisas almaqdan qorxan və adlarını gizli saxlayan digər üç nəfərin vəkili Mark Arnold CBC-yə bildirib ki, təzminat rəqəmlərini toplamaq üçün nə lazımdırsa edəcəklər.

Vəkil deyib ki, İranın Kanadadakı və xaricdəki varlıqlarına əl qoyacağını, İranın başqa ölkələrdə neft tankerlərinin olduğunu və ailələrin borclarının ödənilməsi üçün qanuni mübarizəni davam etdirəcəklər. Bu mövzuda hüquqi mübarizənin iki fərqli ölçüsü olduğuna diqqət çəkən Arnold deyib ki, fərdi mübarizə aparırlar, lakin Kanada hökuməti lazım olanı etmir. Kanada baş nazirini qurbanların ailələrinə kömək etməyə çağırıram”.


Müəllif: Nemət

Oxşar xəbərlər