19 Noyabr 2014 02:36
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin 1915-ci ilin hadisələrinin simvolu olaraq gördüyü və "Erməni yetim xalısı" adlandırdıqları "Gazir xalısı" Ağ Evin qonaq otağında digər iki əsərlə birgə nümayiş etdirilməyə başlandı. Sərginin açıldığı mərkəzə gələn ABŞ-da yaşayan bəzi ermənilər xalıyla fotoşəkil çəkdirib. Xalça 23 noyabr tarixinə qədər sərgilənəcək.

Xalının sərgilənməsi ilə əlaqədar Milli Mətbuat Klubunda mətbuat konfransı təşkil edilib. Tədbirə Konqres üzvləri Adam Schiff, David Valadao, Judy Chu, David Cicilline, Katherine Clark, Jim Costa, James McGovern və John Sarbanes qatılıb. Yığıncaqda edilən çıxışlarda xalının sərgilənməsinin erməni cəmiyyəti üçün "tarixi bir gün" olduğuna vurğulanıb. Tədbirdə həmçinin 1915-ci il hadisələrinin ABŞ Konqresi tərəfindən "soyqırım" kimi tanınmasının lazım olduğu da iddia edilib.

Nihad


Müəllif: