Qazaxıstanın hüquq-mühafizə orqanları talanların davam etdiyi Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhər komendantlığı məlumat yayıb.
“Şəhərdə asayişin bərqərar edilməsi məqsədilə xüsusi antiterror əməliyyatı başlayıb”, - məlumatda deyilir.
Komendatura həmçinin Almatı sakinlərini sakit olmağa və Konstitusiya quruluşunun yaradılmasında və ictimai təhlükəsizliyin yaradılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə çağırıb.