Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov arasında baş tutan telefon danışığı zamanı Qazaxıstanda baş verən olaylar müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edilib ki, iki nazir arasında telefon danışığı zamanı Qazaxıstanda yaşananlar müzakirə edilib.
Qeyd edək ki, yanvarın 2-dən Qazaxıstanda etiraz aksiyaları başlayıb və bu sonda silahlı qarşıdurmalarla müşahidə olunur.