NATO Baş katibi Yens Stoltenberq Rusiyaya ultimatum verib.
Teleqraf.com xəbər verir ki, o, təhlükəsizlik danışıqlarının nəticəsiz qalacağı təqdirdə NATO-nun Avropada Rusiya ilə hərbi qarşıdurmaya hazır olduğunu deyib.
“Mən Rusiyanın tarixini bilirəm. Əsrlər boyu qonşuları ilə münaqişələri olub. Amma Rusiyanın alternativi var: əməkdaşlıq etmək, NATO ilə işləmək”, - alyansın baş katibi bildirib.
Eyni zamanda qeyd edib ki, Moskva ilə qarşıdurma riski hələ də qalır və buna görə də Brüssel ən pisinə hazırlaşmalıdır.
Stoltenberq həmçinin bildirib ki, NATO Rusiya ilə gərginliyin aradan qaldırılması üçün silahlara nəzarət, hərbi fəaliyyət və təlimlərin şəffaflığının artırılması kimi yol axtarışlarını müsbət qiymətləndirir.
O deyib ki, Qərb Ukraynada raketlərin yerləşdirilməməsinə razılıq verməyə və Avropada raket əleyhinə müdafiə şərtlərini müzakirə etməyə hazırdır.