Əfqanıstanda Taliban rəhbərliyinə qarşı ölkənin şimalındakı Fəryab vilayətinin inzibati mərkəzi Meymen şəhərində kütləvi etiraz aksiyaları keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "Peşqo" agentliyi məlumat yayıb.
Etirazlara səbəb Taliban tərəfindən Məzari-Şərif şəhərində səhra komandiri, etnik özbək olan Mahdum Alamın həbsi olub. Bununla əlaqədar olaraq özbək icmasının nümayəndələri küçələrə çıxaraq Alamın dərhal azad edilməsini tələb ediblər.
Etirazçılar Taliban rəhbərliyinə ultimatum veriblər və bildiriblər ki, Alam azad olunmasa, Fəryab əyaləti mərkəzə tabe olmağı dayandıracaq.