14 Yanvar 2022 14:48
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstandakı vəziyyət KTMT-nin sülhməramlı potensialının yaradılması üzrə səylərin səmərəliliyini nümayiş etdirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyanın baş diplomatı artıq belə missiyaya ehtiyacın qalmayacağına ümidini dilə gətirib:

“Ümid edirəm, çox ümid edirəm ki, belə təcrübəyə artıq ehtiyac qalmayacaq, amma barıtı quru saxlamalıyıq. Tanrı qorusun, belə bir şey olmasın, biz bu cür halların qarşısını almaq üçün əlimizdən gələni edirik, o cümlədən KTMT-nin müvafiq strukturları vasitəsilə. Amma istənilən hala hazır olmalıyıq, çünki kənardan müdaxilələr Mərkəzi Asiya və digər ölkələrdə KTMT-nin nüfuzuna zərbə vura bilər. Amerikalılar NATO ilə birlikdə Əfqanıstandan çıxdıqdan sonra müdaxilələr daha inadkar, riskli və təhlükəli olub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər