Hollandiya Kralı Villiam Aleksandr rəsmi tədbirlərə onu aparan qızıl arabasından daha istifadə etməyəcək.
Teleqraf.com xəbər verir ki, Hollandiya kralının parlamentin açılışına gedərkən istifadə etdiyi “De Gouden Koets” adlı at arabası üzərindəki ölkənin müstəmləkə keçmişini xatırladan görüntülərə görə tənqid edilir.
Qeyd edək ki, ölkənin hüquq müdafiəçiləri buna sərt reaksiya verirdilər. Kral son iki ildə koronavirusla bağlı tədbirlərə görə parlamentin açılışına at arabası ilə getməmişdi.
1898-ci ildə Amsterdam şəhər hökuməti tərəfindən Kraliça Vilhelminaya hədiyyə edilən qızıl araba 1903-cü ildən yeni qanunvericilik ilinin açılışında kral və ya kraliçanı parlamentə aparmaq üçün istifadə olunurdu. Kral daha parlamentin açılışında buna minməyəcək. O yalnız Amsterdam Muzeyində sərgilənəcək.