16 Yanvar 2022 21:14
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İordaniya ilə sərhəddə qaçaqmalçılarla atışma olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İordaniyanın PETRA xəbər agentliyi məlumat yayıb.

Atışma sərhədin şimal-şərq hissəsində qeydə alınıb.

Hadisə nəticəsində bir iordaniyalı zabit həlak olub, daha üç əsgər isə yaralanıb.

Qaçaqmalçılar toqquşma yerində xeyli narkotik maddə qoyaraq Suriyaya qaçıblar.


Müəllif: Teleqraf.com