19 Yanvar 2022 00:27
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hələ də ABŞ və NATO-ya təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavab gözləyir”.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Annalena Burbokla keçirdiyi mətbuat konfransına belə deyib.

Rusiyalı nazir bildirib ki, o, keçirilən görüşlərdə NATO-nun Rusiyanı cilovlamaq kursundan narahatlığını dilə gətirib.

“Sizə xatırlatmaq istərdim ki, biz ABŞ-a və Şimali Atlantika Alyansına təhlükəsizlik zəmanətlərinə dair təkliflərimizi vermişik. İndi danışıqları davam etdirmək üçün bizə söz verildiyi kimi bu təkliflərə cavab gözləyirik”, - Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, hələlik heç bir reaksiya yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər