19 Yanvar 2022 09:42
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

El Salvador Prezidenti Nayib Bukele Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün sabah Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Bukele Türkiyəyə səfər edəcəyini Tvitter hesabından türk, ispan və ingiliscə paylaşımlarla açıqlayıb.

O, türkcə paylaşımında qeyd edib:

“Bu cümə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyəm”.

41 yaşlı Bukele 2021-ci ilin sentyabrında kriptovalyuta bitkoini ölkəsində qanuni valyuta kimi istifadə etmək qərarı verdikdən sonra gündəmdədir. Hökumət həmçinin bitkoinin istifadəsini təşviq etmək üçün hər kəsə 30 dollar dəyərində bitkoin veriləcəyini açıqlayıb. Bukelenin rəhbərlik etdiyi plan salvadorluların əsasən ABŞ-dan pul köçürmə komissiyalarına ildə xərclədiyi 400 milyon dollara qənaət etməyə imkan vermək məqsədi daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər