20 Yanvar 2022 22:21
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Beynəlxalq Hava Yollarına (PIA) məxsus sərnişin təyyarəsinin pilotu iş saatının bitdiyini əsas gətirərək, uçuşu başa vurmaqdan imtina edib və yarı yolda təcili eniş edib.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Pakistanın paytaxtı İslamabada gedəcək təyyarənin uçuş vaxtı pilota görə gecikib.

PK 9754 reysinin pilotu təyyarəni havaya qaldırdıqdan sonra Ər-Riyadın 409 kilometrliyində yerləşən Dammam hava limanına təcili eniş edib. Pilot iş saatı bitdiyinə görə uçuşa davam edə bilməyəcəyini desə də, sərnişinlər başqa təyyarəyə keçməkdən imtina edərək buna etiraz ediblər.

Təyyarənin içərisində gərginliyin artması ilə əlaqədar təhlükəsizlik işçiləri çağırılıb.

PIA-nın sözçüsünün olayla əlaqədar açıqlaması belə olub: “Pilot uçuş təhlükəsizliyi üçün dincəlməlidir. Bütün sərnişinlər İslamabad hava limanına saat 23:00-da çatacaqlar və qalacaqları otellər üçün də həmin vaxta qədər tənzimləmələr aparılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər