“Sərhəddə yerləşdirilmiş rus hərbi birləşmələri Ukrayna sərhədini istənilən formada keçə, bu, işğal demək olacaq və bu halda Rusiya ağır bədəl ödəyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Bayden Rusiya Prezidenti Vladimir Putinlə görüşlərində ABŞ-ın mövqeyini açıq şəkildə ortaya qoyduğunu bildirib: “Bölgədə yerləşdirilmiş Rusiya hərbi birləşmələri Ukrayna sərhədini istənilən formada keçərsə, bu, işğal demək olacaq”.
Amerika lideri Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə ciddi və koordinasiyalı iqtisadi nəticələrlə üzləşəcəyi fikrini yeniləyib: “Bununla bağlı heç bir şübhə yoxdur, Putin işğalı seçsə, Rusiya bunun əvəzini ağır ödəyəcək”.
Bayden Rusiyanın Ukraynaya müdaxilə etmək üçün hərbiləşdirilmiş qüvvələrdən istifadə etməsinin də mümkün olduğunu deyib: “Rus əsgərləri boz bölgələrdəki hücumlarda forma geyinmir. Bunlara da hazır olmalıyıq”.