“SSRİ-də tərbiyə almış, rəhbərin vəsiyyətlərinə ürəkdən inanan sonuncu nəsil tamamilə yox olanda Vladimir Leninin cənazəsini məqbərədən çıxarıb dəfn etmək qərarına gələcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu keçmiş sovet ordusunun zabiti, 1961-ci ildə İosif Stalinin cəsədinin yenidən dəfn edilməsinin iştirakçısı Vladlen Qurkovski deyib.
“Mən olmasam Mavzoleyə gedənlər, Lenini görmək istəyənlər, hörmət edənlər, olmaz. Bu, hələ 50 il çəkə bilər. Şəxsi fikrim budur ki, indi bu barədə narahatlıq yoxdur. Leninə ürəkdən inanan kommunistlər yaşayırlar”, - Qurkovski bildirib.
O əlavə edib ki, Leninin dəfn edilməsi təşəbbüsləri vaxtaşırı müxtəlif insanlar tərəfindən səsləndirilir, amma bu, Rusiyadakı ciddi ideoloji dəyişikliyin nəticəsi deyil. Qurkovskinin fikrincə, bunlar sadəcə olaraq siyasi xal toplamaq cəhdləridir.
“İndi deleninizasiyanın başladığını düşünmürəm. Daha doğrusu, İliçin əleyhinə olan insanlar diqqəti özlərinə çəkmək istəyirlər. Çoxları Lenini ləkələməyə çalışır. Belə adamlar tarixi bilmirlər və heç nə başa düşmürlər, mahiyyətinə varmırlar”, - keşmiş zabit qeyd edib.
Qurkovski 60 il əvvəl Stalinin dəfnini “başqa məsələ” adlandırıb və qeyd edib ki, öz atası Stalin repressiyalarına məruz qalıb və iki il yarım istintaq altında olub.
Vladlen Qurkovski 1961-ci ildə İosif Stalinin cəsədinin yenidən dəfn edilməsində iştirakçı olub. Partiyanın qərarı ilə yeganə sovet generalissimusunun cənazəsi Mavzoleydən çıxarılaraq Kreml yaxınlığındakı qəbiristanlıqda yenidən dəfn olunub. Qurkovski qarovul rəisinin köməkçisi kimi dəfn prosesinə birbaşa nəzarət edib.
Bundan əvvəl rusiyalı deputat Sergey Mitroxin Leninin cəsədinin dəfn olunması təşəbbüsünü irəli sürüb. O, Lenini yaxınlarının yanında dəfn etməyə çağırıb. Onun sözlərinə görə, Lenin Rusiya tarixi üçün mənfi fiqurdur, çünki alman pulları ilə addımlar atıb.
Kommunistlər Mitroxinin bu təşəbbüsünü kəskin şəkildə pisləyiblər.