22 Yanvar 2022 00:27
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqrodan olan narkotik klanlarından birinin lideri Serbiya prezidenti Aleksandr Vuçiçə sui-qəsd etmək üçün cinayətkar qrup təşkil edib.

Teleqraf.com xəbər verir ki, bunu Serbiya daxili işlər naziri Aleksandr Vulin bildirib.

Onun sözlərinə görə, nazirliyə yanvarın 14-də beynəlxalq cinayətkar qrup tərəfindən ölkə prezidentinə qarşı sui-qəsdin hazırlanması barədə əməliyyat məlumatı daxil olub.

“Daxil olan məlumatdan sonra Təhlükəsizlik və İnformasiya Agentliyi (TİA - Serbiyanın əks-kəşfiyyat strukturu) və polis cinayətkar qrupun üzvlərini müəyyən edib. Məlum olub ki, mütəşəkkil cinayətkar qrupa Monteneqrodan olan “Kavaç klanı”nın başçısı, əvvəllər Serbiya hakimiyyəti tərəfindən axtarışa verilmiş Radoe Zvitser rəhbərlik edir”, deyə nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər