25 Yanvar 2022 11:22
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Srebrenitsada soyqırımı olduğunu deyə bilmərəm. Prezident kimi xidmət etməsəydim, münasibətim fərqli ola bilərdi”.

Teleqraf.com xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Boris Tadiç deyib.

Tadiç Bosniya və Herseqovinanın Laheydə Serbiyaya qarşı açılan məhkəmədən əl çəkməyənədək Srebrenitsada törədilən cinayətləri soyqırımı kimi qələmə verə bilməyəcəyini söyləyib:

“Srebrenitsa soyqırımını tanısaydım, Serbiya Bosniya və Hersoqovinaya yüz milyardlarla təzminat ödəyəcəkdi.

Prezident kimi xidmət etməsəydim, yanaşmam fərqli ola bilərdi. Bununla belə, Srebrenitsada baş verənlərə görə üzr istəmişəm, yenə olsa, yenə eyni şeyi edərdim”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər