Rusiya Mərkəzi Bankı dünən saat 15:00-dan etibarən daxili bazardan valyuta alışını dayandırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu qərar maliyyə bazarında oynaqlığı azaltmaq məqsədilə atılıb.
“Daxili bazarda xarici valyuta alışının dayandırılması qərarı Maliyyə Nazirliyinin hərəkətlərinin proqnozlaşdırıla bilənliyini artırmaq və maliyyə bazarlarında oynaqlığı azaltmaq məqsədi ilə qəbul edilib”, - Rusiya Mərkəzi Bankı bildirib.
Maliyyə sektorundakı faktiki vəziyyətə görə alışların yenidən başlana biləcəyi bildirilsə də, bankın açıqlamasında hadisələrin yaxından izləndiyi və Rusiya Mərkəzi Bankının maliyyə sabitliyinə təhdidlərin qarşısını almaq üçün kifayət qədər alətə malik olduğu bildirilib.
Qeyd edək ki, hazırda Ukrayna mövzusuna görə, dünya Rusiyanın üzərinə yeriyir. Mümkündür ki, rəsmi Moskva bu ərəfədə devalvasiya ehtimallarını nəzərə alaraq valyuta proseslərinə nəzarəti gücləndirmək qərarı verib.